Rusiyada bir sutka ərzində koronavirusa 163 yeni yoluxma faktı qeydə alınıb

rusiyada-bir-sutka-rzind-koronavirusa-163-yeni-yoluxma-fakti-qeyd-alinib-25032009

Rusiyada bir sutka ərzində koronavirusa 163 yeni yoluxma faktı qeydə alınıb

Rusiyada bir sutka ərzində 20 regionda koronavirusa 163 yeni yoluxma faktı qeydə alınıb.

Hibya xəbər verir ki, bu barədə Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova məlumat verib. Yeni yoluxanların hamısı iki həftə əvvəl epidemioloji vəziyyət pis olan ölkələrdən qayıdıblar.

Rusiyada koronavirusa yoluxanların ümumi sayı 658 nəfərə çatıb, onların 410 nəfəri Moskvadadır. Hazırda 122 min insan həkim nəzarəti altındadır.

Hibya Xəbər Agentliyi