Ermənistanda koronavirusa yoluxanların sayı 1000 nəfərdən çoxdur

ermnistanda-koronavirusa-yoluxanlarin-sayi-1000-nfrdn-coxdur-12042007

Ermənistanda koronavirusa yoluxanların sayı 1000 nəfərdən çoxdur

Ermənistanda son sutka ərzində koronavirusa daha 40 nəfər yoluxub. Bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 1013 nəfərə çatıb.

Hibya xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistanda koronavirusa yoluxma ilə bağlı vəziyyət nəzarətdən çıxıb.

Ölkədə 13 nəfərin koronavirusdan öldüyü bildirilir.

Ermənistanda fövqəladə vəziyyətin müddəti aprelin 14-də başa çatır.

Baş nazir N.Paşinyan fövqəladə vəziyyətin müddətinin uzadılacağını istisna etməyib. Onun sözlərinə görə, gələn həftə parlament bununla bağlı qərar qəbul etməlidir.

Hibya Xəbər Agentliyi