Bakı Limanı da qanvermə aksiyasına qoşulub

baki-limani-da-qanverm-aksiyasina-qosulub-16042010

Bakı Limanı da qanvermə aksiyasına qoşulub

Bakı Limanının əməkdaşları da qanvermə aksiyasına qoşulublar.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildirilib ki, Bakı Limanının əməkdaşları Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsünə qoşularaq Elmi Tədqiqat Hematologiya vəTransfuziologiya İnstitutunda təşkil olunan qanvermə aksiyasında iştirak ediblər.

Aksiyanın əsas məqsədlərindən biri COVID-19 ilə əlaqədar olaraq tətbiq olunan karantin rejimi dövründə talassemiya, hemofiliya və eyni zamanda, leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının tam təmin olunması və hər kəsin bu xeyirxah aksiyaya qoşulmasıdır.

 

Hibya Xəbər Agentliyi