İsveçrədə koronavirusa yoluxanların sayı 650-ni ötüb

isvecrd-koronavirusa-yoluxanlarin-sayi-650-ni-otub-12032010

İsveçrədə koronavirusa yoluxanların sayı 650-ni ötüb

İsveçrədə koronavirusa yoluxanların sayı 652 nəfərə çatıb.

Hibya xəbər verir ki, martın 11-də bu ölkədə koronavirus səbəbindən dörd nəfər dünyasını dəyişib. Səhiyyə üzrə Federal İdarənin məlumatına görə, ölkənin artıq 23 kantonunda bu virusa yoluxma halı qeydə alınıb. Ən çox yoluxma İtaliya ilə həmsərhəd Tessin kantonunda qeydə alınıb (120 nəfər). Bu səbəbdən martın 11-də axşam saatlarında bu kantonda fövqəladə vəziyyət elan olunub.

Artıq Avstriya və Sloveniya qonşu İtaliya ilə sərhədləri bağlamaq barədə qərar qəbul etsə də, İsveçrədə bununla bağlı tərəddüdlər hələ də davam edir. Hər gün 68 min italyan İsveçrə ilə həmsərhəd rayonlarda işləmək üçün bu ölkəyə gəlir. Tessin kantonunda iqtisadiyyatın böyük hissəsi İtaliyadan gələn işçi qüvvəsindən asılı olsa da, kəskinləşən vəziyyət sərhədlərin bağlanmasını tələb edir.

Hibya Xəbər Agentliyi