“OPEC plus” ölkələri yenidən toplaşır

opec-plus-olklri-yenidn-toplasir-12042003

“OPEC plus” ölkələri yenidən toplaşır

Bu gün Bakı vaxtı ilə saat 20.00-da OPEC və qeyri-OPEC ölkələrinin nazirləri online formatda görüşəcəklər.

Energetika Nazirliyindən bildirilib ki, görüş OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutacaq. Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salmanın sədrliyi və Rusiyanın Energetika naziri Aleksandr Novakın həmsədrliyi ilə keçiriləcək görüşə OPEC və “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən qeyri-OPEC ölkələrinin nazirləri qatılacaq. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək.

Xatırladaq ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 mln.barrel həcmlərində azaldılması barədə qərar qəbul edilib.

Hibya Xəbər Agentliyi